Tikilməkdə olan körpü dağıldı, 5 nəfər altında qaldı - VİDEO

Baxış sayı:
3949

Türkiyədə tikintisi davam edən viaduk tipli körpü dağılıb.

Trend-in məlumatına görə, hadisə Kocaeli vilayətində qeydə alınıb.

Dağıntılar altında 5 işçinin qaldığı bildirilir.

Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib. Xilasetmə əməliyyatı aparılır.

Qeyd edək ki, körpünün dirəklərinin hündürlüyü 30 metrdir.