​TƏHLÜKƏSİZLİK KAMERASINI SIRADAN ÇIXARIB, QARABAĞ QAZİSİNİ DÖYDÜLƏR… - Səbəb onun məhkəmədə düzgün ifadə verməsidir / VİDEO

Baxış sayı:
33748

Ötən gün paytaxtın Xətai rayon ərazisində bir qrup şəxs Zaur Abdullayevin başçılığı ilə xuliqanlıq niyyətilə Qarabağ veteranı Ceyhun Məhərrəmovu döyüblər.
Muxalifet.az Hurriyyet.az-a istinadən xəbər verir ki, onlar ilk öncə həyətdəki təhlükəsizlik kameralarını sıradan çıxarıblar. Sonra isə Ceyhun Məhərrəmovun evə gəlməsini gözləyərək, çirkin niyyətlərini həyata keçiriblər.
Qeyd edək ki, Ceyhun Məhərrəmovu döymələrinin əsas səbəblərdən biri “Şaurma N1” restoranının şəriki Aqil Babayevin cinayət işi üzrə şahid qismində verdiyi ifadədir.
Belə ki, “Şaurma N1” restoranın VÖEN-i və patent hüququ Ceyhun Məhərrəmovun adına olub. O, istintaq zamanı əsl həqiqətləri bildirərək, şəriklərin Natiq Sadıqov və Aqil Babayev olduğunu təsdiqləyib. Bundan sonra cinayyət işində saxtda zərərəçəkmişlər birləşərək, Ceyhun Məhərrəmovun ifadəsini geri götürməsini ilk öncə pul qarşılığında istəsələr də, razılaşmadığı üçün onu döyərək təhqir ediblər.
Bu hadisə ilə bağlı DİN-in 102 qaynar xəttinə məlumat verilib. Hal-hazırda 36-cı polis bölməsində təhqiqat aparılmasına baxmayaraq, xuliqanlıq hadisəsini törətmiş şəxlər Aqil Babayevin digər şahidlərini təhqir və təhdid etməkdə davam edirlər.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.