Terrorçular qazdıqları xəndəklərə gömüldülər

Baxış sayı:
3058

Terror təşkilatı PKK/PYD-nin işğal etdiyi Münbiçin şimalında dünən öldürülən YPG/PKK-lı terrorçular öz qazdıqları xəndəklərə basdırılıb.
 
ABŞ-ın göndərdiyi minlərlə TIR dolusu silah və sursat dəstəyi ilə Suriyanın şimalını işğal edən terror təşkilatı PKK/PYD son zamanlar sıxıntılı günlər keçirir. Prezident Rəcəb Tayyib Ərdoğanın hərbi hərəkat siqnalı verməsindən sonra böyük təlaşa düşən PKK/PYD-li terrorçular sərhəddə xəndək qazmağa başladı.
 
TSQ, XƏNDƏKLƏRİ YERLƏ BİR EDİR
 
Türkiyə, Münbiç və Fəratın şərqinə qarşı hərbi hərəkat üçün hazırlıqlarını edərkən TSQ, PKK/PYDLİ terrorçuların sərhəddə qazdığı xəndəkləri yerlə bir etməyə qətiyyətlə davam edir.
TSQ-nin sərhəddə bombaladığı terror mövqelərindən terrorçu cənazələrin ardı arası kəsilmir. Son olaraq Münbiçdə 4 terrorçu üçün cənazə mərasimi təşkil olunub. Mərasimdə birlikdə patrula çıxdıqları ABŞ əsgərləri də iştirak edib. Terrorçular öz qazdıqları xəndəklərə basdırılıb.
Müxalifət.az