“Terror koridorunun adı belə hazır idi” – TERRORÇU ETİRAF ETDİ

Suriyanın şimalında Qamışlı, Tel Abyad, Xarab İşıq və Eyn əl-Arab bölgələrində PKK-nın sözdə xüsusi xidmət orqanında 3 ildən çox xidmət etdikdən sonra təşkilatdan qaçan Rizgar kod adlı terrorçu, bir çox etiraflar edib. ABŞ-ın PKK-ya əvvəl Sincardan Afrinə, sonra isə Aralıq dənizinə uzanan dəhliz vəd etdiyini söyləyən Rizgar, “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatlarının təşkilat içərisində fövqəladə xəyal qırıqlığı yaratdığını, həmçinin ABŞ ilə də qarşılıqlı etimadsızlığa səbəb olduğunu deyib.
15 KİLOMETR QALMIŞDI
Rusiyanın intensiv hava dəstəyi ilə 2016-ci ilin yanvar ayında Afrindən şərq istiqamətinə hücuma başlayan PKK, 55 kilometr irəliləyərək Mınnag, Kefernaya, Tel Rifat, Umm Huş, Hörbül şəhərlərini tutaraq, Şeale kəndinə çatmışdı. ABŞ-ın dəstəyi ilə Münbiçdən qərb istiqamətində hücum edən terrorçular isə 18 kilometr qət etmiş və Qocayıq, Dendeloğlu və Çatlı kəndlərini işğal etmişdi. Rizgar kod adlı keçmiş PKK-lı, Türkiyənin “Zeytun Budağı” Hərəkatına, onlara vəd edilən ilk mərhələnin başa çatmasına yalnız 15 kilometr qalmış başladığını, beləliklə də irəliləmə şanslarının itdiyini söyləyib. PKK/PYD/YPG-nin Tel Abyad ilə Afrini birləşdirdiyi təqdirdə bölgədə kanton elan ediləcəyini və o kantona da Amed adı veriləcəyini ifadə edən Rizgar, 15 iyul günü PKK qərargahları və ABŞ bazalarının səhərin ilk saatlarına qədər hazır vəziyyətdə gözlədiyini bildirib. Türkiyədə dövlət çevrilişinin uğurlu olduğu təqdirdə Suriyadakı dəhliz planının da uğurla həyata keçirilə biləcəyini deyən Rizgar, belə nəql edib:
ABŞ VƏ ƏSƏD TƏZYİQİ
Bölgədə İŞİD üzərindən balansların dəyişəcəyi gerçəyini bizə 2014-ci ildən etibarən Hasekeyə səfər edən Amerikalı mülki və hərbi nümayəndələr bildirdi. Eyn əl-Arab (Kobani) təcavüzü də dönüş nöqtəsi oldu və PKK/YPG-nin dövrü başladı. O günlərdə İŞİD-ın bir neçə saat içərisində 35-40 kəndi tək bir güllə atmadan təslim etməsi də yeni bir prosesin başladığını göstərirdi. Mən Demokratik Suriya Qüvvələri və daha əvvəl Burka-yın el-Fırat prosesində fəal iştirak etdim. Bir tərəfdən ABŞ, digər tərəfdən Əsəd, Ərəb tayfalarının bizə qoşulması istiqamətində tayfa liderlərinə təzyiq və təsir edirdi. O vaxt ABŞ ilə ortaq qəbul edilən qərar nəticəsində yeni qurumlar yaratdıq".
ƏRƏBİ ƏRƏBƏ QIRDIRIN
İŞİD-la başlayan “oyun” prosesinin ilk dövründə PKK ideologiyasını bilən, bu yolda döyüşəcək terrorçu sayı son dərəcə az idi. Ərəb tayfalarının qoşulması ilə nisbət 80 faizin 20 faizə bizim əlryhimizə oldu. ABŞ və PKK rəhbərləri, İŞİD-la ASO arasındakı döyüşlərdə Ərəblərin ön cərgələrə sürülərək Ərəbi Ərəbə qırdırmaq strategiyasını razılaşdırdılar. Bu plan, 2015-ci ildən etibarən uğurla həyata keçirilib və hazırda Xaçın cəbhəsində tətbiq edilməyə davam edir. Rakka, Münbiç, Haseke bölgələrində PKK içərisində Ərəblər 10-dan artıq üsyana qalxdılar. Təşkilat bu üsyanları ABŞ-ın da dəstəyi ilə qanlı bir şəkildə və heç bir məlumat xaricə çıxmadan yatırtdı. Ancaq iki tərəf də bir-birini bitirmək üçün fürsət gözləyir. Bu məcburi yaşayış bir gün mütləq qanlı bir şəkildə sona çatacaq".
Cəsədləri yandırdıq
İŞİD-ın Eyn el-Arabı işğal səhnəsindən sonra PKK-ya yalnız bir neçə ay içərisində 1500-dən çox xarici döyüşçülərin qatıldığını deyən sabiq PKK üzvü Rizgar, bu məlumatları verib: "Bu əcnəbilərdən bir çoxu son dərəcə təlimli əsgərlərdən ibarət idi. Tel Abyaddan İŞİD-ın çəkildiyi günlərdə cənub-şərqdə başlayan xəndək prosesinə Suriyadan dəstək qruplar göndərilməyə başlandı. Sərhəddə onlarla tunel qazıldı, İraq üzərindən xilas xətti yaradıldı. Əvvəla, Serblər, Erməni, Amerikan, İngilis və Fransızlardan ibarət 600 xarici döyüşçü Diyarbəkir, Cizrə, Şırnak, Nusaybin və Mardin bölgələrindəki təxribatlarda iştirak etdilər. Türk təhlükəsizlik qüvvələrinin mühasirəni daraltması ilə birlikdə tələyə qısılan və çıxa bilməyən xarici döyüşçülər təşkilat içərisində təşvişə səbəb oldu. Daha sonra bu bölgələrdə bütün ölülərin yandırılması göstərişi verildi. O günlərdə yandırılan döyüşçü cəsədinin sayı 150-dən çox idi. Ancaq PKK, əcnəbilərin yaxınlarına "Bu hadisəni Türkiyə törətdi” yalanını söylədilər. O şəxslərin adına də Eyn el-Arabda abidə qəbirlər inşa etdilər".
Müxalifət.az