​“Tarhun” restoranında YANĞIN: 20 nəfər təxliyə edildi - VİDEO

Baxış sayı:
2830

Bakıda obyektdə yanğın baş verib.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, "Azərbaycan” kinoteatrı yaxınlığındakı "Tərxun” restoranında olub. Yanğın restoranın ikinci mərtəbəsində qeydə alınıb.
Birinci çağırışla hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin səbəbləri araşdırılır.