"Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu niyə bu qədər arıqlayıb?" - VİDEO
29-07-2019 10:48
Baxış sayı:
4984

Meyxanaçı Namiq Qaraçuxurlu son günlər xeyli çəki atıb. Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda özü xəbər verib. namiq bildirib ki, artıq ətrafındakıların ona arıqlaması ilə bağlı suallar ünvanlamasına narahat olub: "Son vaxtlar mənə ən çox verilən sual: “Qardaş, nə yaman arıqlamısan?”, “Müəllim, nə yaman arıqlamısız?”, “Nə yaman arıqlamısız, Namiq bəy?”, “Siz niyə belə arıqlamısız?” və sairə... Müraciətlər dəyişsə də, sual eynidi. Psixoloji necə təsir edibsə, vəziyyət bütün gunu bax belədir".