Tanınmış jurnalistin məhkumluğu götürüldü - MƏHKƏMƏ QƏRARI
11-02-2020 23:14
Baxış sayı:
2530
Bakı Apellyasiya Məhkəməsi “Kanal-13” İnternet televiziyasının təsisçilərindən Əziz Orucovun üzərindən şərti cəzanı və məhkumluğu götürüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ə.Orucov məlumat verib.
O 2017-ci ilin mayında həbs edilib və iqtisadi cinayətlər ittihamı ilə 6 il həbsə məhkum edilmişdi. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıbar. 2018-ci ilin aprelində Ali Məhkəmə həbs müddətini üç il şərti cəza ilə əvəzləyib.
2019-cu ilin noyabrında Ə.Orucov məhkumluğunun ləğvi üçün Nəsimi məhkəməsinə müraciət edib, lakin təmin edilməyib. O, apellyasiya şikayəti verib.