“Taliban”a hücumda 30 dinc sakin öldürüldü

Baxış sayı:
4516

Əfqanıstan hərbi hava qüvvələrinin “Taliban” silahlı hərəkatına hava zərbələri nəticəsində ən azı 30 dinc sakin həyatını itirib.
Muxalifet.az “Associated Press”ə istinadən xəbər verir ki, hava hücumu Əfqanıstanın cənubundakı Hilmənd əyalətinə edilib. 
Qeyd olunur ki, Əfqanıstan hərbi hava qüvvələrinin zərbəsi nəticəsində, həmçinin, 16 talibançı məhv edilib.