Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılır

Baxış sayı:
25081

Aparılan təmir işləri ilə əlaqədar olaraq Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 81-ci km-dən Biləsuvar şəhərinə doğru ayrılan yolla hərəkət sabah səhər saatlarından qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolldarı Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.
Mədudiyyət 3-4 gün davam edəcək. Bu müddət ərzində sürücülər sözügedən istiqamət üzrə sıxlıq yaranmasın deyə alternativ olaraq magistral yolun 111-ci km-dən Cəlilabad şəhərinə doğru ayrılan yoldan istifadə etməklə Biləsuvar şəhərinə və əksinə hərəkət edə bilərlər.
"AAYDA yaranacaq müvəqqəti narahatlığa görə vətənfdaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - deyə məlumatda qeyd olunub.