Suriya kürdlərinə Şimali İraq modeli - TÜRKİYƏ RAZI OLACAQMI?

Baxış sayı:
3493

ABŞ-ın siyasi kuluarlarında deyilənlərə görə, Tramp Putinlə zirvə görüşündə Şimali Suriya məsələsini, təhlükəsiz sahələrin yaradılması təklifi ilə əlaqələndirərək təqdim edib.
 
Suriyanın cənubunda yaradılan və İsraili qane edən bu təklif Rusiyaya təqdim edildiyi kimi, bu ideyanın şimalda da Türkiyənin fəal iştirakı olmadan yaradılması mümkün deyil.
 
MƏSƏLƏ KÜRDLƏRƏ GƏLDİ
 
Bu məsələləri danışarkən iki lider qaçılmaz olaraq Suriya Kürdləri məsələsinə də toxunub.
Putinin bu məsələ ilə bağlı, Yaxın Şərq üzrə müşaviri Vitaly Naumkinin hazırladığı geniş model çalışması var.
Naumkin bu planını bu il 26 fevral tarixində Vaşinqtonda, Corctaun Universitetində yalnız xüsusi dəvətlilərin iştirak etdiyi bir toplantıda açıqlamışdı.
Rusiyanın Şimali İraq modeli adlandırdığı bu təklifə Tramp o dövrdə dərhal razılıq verməsə də, bunun bir müzakirə olunacaq təklif olduğunu telefonda Putinə çatdırmışdı.
Suriyada İranın təsirinin azaldılması yönündə Rusiyanın fəal köməyini aldığı təqdirdə, Trampın bu modelə də müsbət yanaşacağı düşünülür.
ABŞ, 2200 əsgərini Suriyadan çəkdikdən sonra YPG/PYD-yə, "Siz Əsəd rəhbərliyi və Rusiya ilə koordinasiyalı işləyin" deyiləcək.
Vaşinqtonda bu, İraqda olduğu kimi, Suriyanın şimalında da inzibati və mədəni muxtariyyəti olan, ancaq Suriya milli dövləti tərkibində qalan bir Kürd idarəetmə qurumu olaraq şərh olunur.
 
TÜRKİYƏ NƏ DEYİR
 
ABŞ-dakı səlahiyyətlilərə “Bu məsələdə Türkiyənin reaksiyası nəzərə alınırmı” deyə soruşduqda, bu yöndə cavab verilir:
“Türkiyə ilk dönəmdə Şimali İraqdakı muxtar Kürd quruculuğuna da etiraz etdi. Sərt bəyanatlar verirdi, amma sonra birlikdə işləməyə başlayanda həm iqtisadi maraqları oldu, həm də o bölgəni tam nəzarətləri altına aldılar. Bunun Suriyada da olmaması üçün bir səbəb yoxdur".
Belə deyilsə də, amma Suriyada bunun nə qədər real olacağını demək çətindir.
Ancaq bəlli olan bir şey vardır ki, o da hazırda Şimali Suriya və Kürdlər məsələsində Rusiya ilə ABŞ-ın bir az da yaxınlaşmasıdır.
Müxalifət.az