​Suriya bu torpaqları İsraildən alacaq - General

Baxış sayı:
4678

Suriya ordusu cənub sərhədlərini 2011-ci ildəki vəziyyətə gətirdikdən sonra Qolan təpələrinin geri verilməsi ilə bağlı İsraillə danışıqlara başlaya bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri suriyalı general Əli Maksud deyib.
O bildirib ki, hazırda Suriyanın cənubunda üstünlük İsraildə deyil, Dəməşqin əlindədir:
“Suriyanın cənubunda bufer zona yaratmaq cəhdləri boşa çıxdıqdan sonra İsrail Dəməşqə təzyiqlər edir. İndi Suriyanın öz məqsədlərini həyata keçirmək üçün uyğun zaman başladı. Suriya bütün torpaqlarını geri istəyir”.