Sumqayıtda kütləvi davada üç nəfər bıçaqlanıb - İKİSİ ÖLÜB

Baxış sayı:
3785

Sumqayıtda kütləvi dava zamanı bıçaqlanan qardaşların kimliyi məlum olub.

APA-nın yerli müxbirinin verdiyi məlumata görə, 1988 ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

***

Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub.

Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlə bıçaqlananlardan biri qardaşdır.

***

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda baş verib.

İki nəfər arasında düşən mübahisə zamanı bir nəfər bıçaqlanıb. Bıçaqlanan şəxs hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.