Səudiyyə şahzadəsi indi yandı: BMT, betnəlxalq istintaqa yaşıl işıq yandırdı

Baxış sayı:
3052

Birləşmiş Millətlər Təşkilatından jurnalist Camal Qaşıqçı cinayətinə dair açıqlama verilib. BMT, Qaşıqçı üçün açılacaq beynəlxalq bir istintaqdan məmnuniyyət duyacağını bildirib.
 
BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının sözçüsü Elizabet Throssell, Anadolu Agentliyinə Qaşıqçı cinayətinə dair münasibət bildirib.
 
Beynəlxalq ekspertlər daxil edilsin
 
Türkiyənin cinayətə dair beynəlxalq müstəqil istintaq açılması müraciətlərini dəyərləndirən Throssell, "BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarı Mişel Baçelet, Qaşıqçı-nın öldürülməsinin müstəqil və tərəfsiz şəkildə araşdırılması və insan haqları pozuntuları törədən cinayətkarların da hesab verməsi lazım olduğunu söyləyib. Həmçinin beynəlxalq ekspertlərin də dəlillərə və şahidlərə tam daxilolmasını təmin edəcək şəkildə prosesə cəlb edilməsi lazım olduğunu bildirib. Bunu məmnuniyyətlə qarşılayacağıq" deyib.
Sözçü Throssell, Qaşıqçı-nın ailəsinin və ictimaiyyətin cinayətə dair bütün həqiqətləri bilməsi və ədalətin mütləq bərqərar olmasının lazım olduğunu vurğulayıb.
ABŞ prezidenti Donald Trampın Qaşıqçı cinayətilə bağlı, "Bəlkə də bütün dünya bu cinayətə görə məsul tutulmalıdır, çünki dünya çirkli bir yerdir" sözləri ilə bağlı suala isə Throssell, "Qaşıqçı cinayəti son dərəcə şok edicidir. Buna görə də bu istintaqın müstəqil və tərəfsiz şəkildə aparılmasının lazım olduğunu söyləməyə davam edəcəyik" deyə cavab verib.
Qeyd edək ki, Türkiyəninxarici işlər naziri Mövlud Çavuşoğlu, bu gün CNN Türk televiziyasında iştirak etdiyi proqramda, "Səudiyyə Ərəbistanının bu ana qədər bizə məlumat verməməsi səbəbiylə bəlkə beynəlxalq istintaq daha faydalı ola bilər. Beynəlxalq cinayət işi açılsa, biz Türkiyə olaraq əməkdaşlıq edərik" deyə bildirmişdi.
Müxalifət.az