"Səudiyyə Ərəbistanı İsrailin qoruyucusudur" - TRAMP

Baxış sayı:
2593

ABŞ prezidenti Donald Tramp, "Səudiyyə Ərəbistanı olmasaydı İsrailin başı dərddə olardı" deyib. Ər-Riyadın neft bazarındakı rolunu bir daha önə çıxaran Tramp, "Səudiyyə Ərəbistanı neft qiymətlərinin aşağı olmasını təmin edir. Qlobal bir böhran istəyirsinizsə, ən mühüm amil neft qiymətlərinin yüksəlməsidir" deyib.
 
“Amerikanın Səsi”ndə yer alan xəbərə görə, Tramp daha əvvəlki açıqlamasında dilə gətirdiyi amilləri bir daha vurğulayıb. Vəliəhd şahzadə Məhəmməd bin Salman üçün "Əmri versə də, verməsə də bunu qəti şəkildə təkzib edir" deyib. ABŞ xarici işlər naziri Mayk Pompeonun Amerikanın Səudiyyə Ərəbistanla pulla bağlı münasibəti önə çıxararaq insan haqları və demokratiya dəyərlərindən güzəştə getdiyi tənqidlərinə cavab olaraq, "Hər bir ölkə bizimlə eyni dəyərləri bölüşməyə bilər. Bizim missiyamız Amerika xalqının təhlükəsizliyini və etibarlılığını təmin etməkdir" deyə Tramp söyləyib.
 
“SƏUDİYYƏ ƏRƏBİSTANI OLMASAYDI.."
 
Tramp, Qaşıqçı cinayəti üçün "Bu törədilən cinayətə və ört-basdır edilməsinə də nifrət edirəm. Vəliəhd şahzadə də işlənən günaha görə məndən daha çox nifrət edir" deyib. Donald Tramp, Amerika və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsindəki müqavilələri qeyd edib. "İnsanlar həqiqətən mənim yüz minlərlə iş imkanından imtina etməyimi istəyir" deyə soruşan Tramp, "Doğrusunu söyləmək lazım olsa, bu standartı nəzərə alsaq, kimsə bizim müttəfiqimiz olmazdı" deyib.
Müxalifət.az