SON DƏQİQƏ: Dövlət qurumunun avtomobili dəhşətli qəzaya düşdü - ÖLƏN VƏ YARALANANLAR VAR
24-09-2019 11:55
Baxış sayı:
14122

Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub. Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991). Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub. Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur.//Report