SON DƏQİQƏ: "Diqlas"da malı yanan sahibkarlara kompensasiya veriləcək - PREZİDENTDƏN TAPŞIRIQ
28-03-2019 10:32
Baxış sayı:
18616

"Diqlas" Ticarət Mərkəzində malları yanan sahibkarlara dövlət tərəfindən kompensasiya veriləcək.
Muxalifet.az bakupost-a istinadən xəbər verir ki, bunu bu gün Prezident Administrasiyasında sahibkarlarla görüşən PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib.
H. Mövsümovın açıqlamasına görə, prezident bu barədə tapşırıq verib: "Hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək. Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq".