ŞOK AÇIQLAMA: Deputat Hadi Rəcəbli prezidentə xəyanətdə İTTİHAM OLUNDU

Yaxud adı qumar oyunlarında hallanan deputatla bağlı sensasion ittihamlar
 

Baxış sayı:
30559

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 04-11 noyabr 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Hafiz Hacıyev: "Hadi Rəcəblinin şəhid ailələri ilə danışığı prezidentə xəyanətdir"”, “Məktəb direktoru əxlaqsız söyüşlər söydü - Hadı Rəcəbliyə arxayındır? İTTİHAM”, ““Bu rəqəm pensiya ödəməyə çatmayacaq” - Hadi Rəcəbli”, “Rəşid Mahmudov bu dəfə Hadı Rəcəbliyə cavab vermək istəmədi - SƏBƏB” başlıqlı  4 məqalənin 5 elektron KİV-də yayılması ilə deputat Hadı Rəcəbli tutur.

Mətbuatda ən çox ad hallanan millət vəkilləri siyahısında 2-ci yeri deputat Cavid Osmanov  “Sakinlər adı qumar oyunlarında hallanan deputatı axtarır - İTTİHAM” başlıqlı 1 məqalənin 4 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan millət vəkilləri siyahısında 3-cü yeri “Klanların bitməyən Gömrük savaşı – Vahid Əhmədovu 20 ildən sonra dilləndirən səbəblər…” başlıqlı 1 məqalənin 3 elektron KİV-də yayılması ilə deputat Vahid Əhmədov tutur.

Muxalifet.az