​ŞOK: ABŞ 40 il bu ölkənin nüvə silahını ört-basdır edib

Baxış sayı:
12205

ABŞ peyki 22 sentyabr 1979-cu ildə nüvə silahının sınağının keçirildiyini müəyyən edib.
Bu barədə məlumatı ABŞ-ın "Foreign Policy" nəşri yayıb.
Nəşr qeyd edir ki, nüvə silahının sınağını İsrail həyata keçirib. ABŞ hökuməti isə ehtiyat edib ki, sözügedən məlumat Misir-İsrail razılaşmasına mənfi təsir göstərə bilər. Bu üzdən ABŞ-ın keçmiş prezidenti Cimmi Karter İsrailin bu əməlini ört-basdır etməyə çalışıb.
Bildirilir ki, İsrailin nüvə silahına sahib olması və bu sınağı reallaşdırması hər kəsə bəllidir, ancaq yəhudi dövləti heç vaxt rəsmən məlumatı təsdiqləməyib.//Axar.az