Skripalları zəhərləyən kəşfiyyatçı Aleksandr Mişkin olub...

Baxış sayı:
2320

Böyük Britaniyanın Solsberi hadisəsi ilə əlaqədar axtardığı Aleksandr Petrovun əsl adının Aleksandr Mişkin olduğu üzə çıxıb.

Bu barədə Bellingcat və The Insider saytı məlumat yayıb.

Bildirilir ki, Mişkin Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş İdarəsinin (keçmiş “QRU”) ixtisasca həkim olan zabitidir. 

Qeyd olunur ki, 1979-cu ildə Arxangelskdə anadan olmuş Mişkin Ukrayna, Dnestryanı və Qərbi Avropada keçirilən xüsusi əməliyyatlarda iştirak edib.