Siyəzəndə ailə faciəsi: Ər və arvad öldü
20-11-2018 09:32
Baxış sayı:
5497

Siyəzən rayonunda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.
FHN-dən Muxalifet.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.