​Şimali Koreya və Kanada arasında gizli görüş

Baxış sayı:
6454

Şimali Koreya və Kanada rəsmiləri arasında gizli görüş keçirildiyi barədə məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, Kanadanın rəsmi yayım orqanı CBC-nin məlumatına əsasən, tərəflər arasında görüş Ottavada baş tutub. Kanada tərəfindən görüşdə kimlərin iştirak etdiyi barədə məlumat verilməsə də, asiyalıları bu görüşdə 5 nəfərlik nümayəndə heyəti təmsil edib.
Görüşdə Şimali Koreyanın nüvə proqramına son verməsi məsələsi müzakirə edilib. Ancaq Kanadanın rəsmi əlaqələri yenidən bərpa etmək kimi bir planının olmadığı vurğulanıb.