Şəhidlər Xiyabanını ziyarət edən müxalifətçilər saxlanıldı

Baxış sayı:
3442

Meydan Hərakatının 30 illiyi ilə əlaqədar bu gün Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilər polis tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bir necə saat əvvəl saxlanılan AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və daha 30 nəfər müxalifətçi hazırda Səbael rayon polis idarəsindədir.
AXCP üzvləri, tanınmış hüquq müdafiəçiləri və ictimai fəallar hazırda polis idarəsinin qarşısına toplaşıb və qanunsuz həbslərə etiraz etməkdədirlər.

Muxalifet.az

P.S. Əlavə məlumat veriləcək.