Seysmoloji cihazlar ilk dəfə ictimaiyyətə nümayiş edilib - VİDEO

Son 100 ildə Azərbaycanda aparılan seysmoloji tədqiqatlar zamanı istifadə olunan cihaz və avadanlıqlar ilk dəfə nümayiş olunub.
Məlumata görə, əvvəlki dövlərdə istifadə edilmiş, eyni zamanda hazırda istismar edilən 100-ə yaxın müxtəlif seysmoloji avadanlıq ilk dəfə nümayişə çıxarılıb.
Cihazlar istifadə texnologiyalarına və tətbiq etmə metodlarına görə bir-birindən fərqlənir. Onların köməkliyi ilə seysmoloji aktivliyə tam nəzarət etmək mümkündür.
Nümayiş etdirilən köhnə avadanlıqların əksəriyyəti SSRİ dövrünə aiddir. Yeni avadanlıqlar isə ABŞ-da istehsal olunub. Hazırda seysmik dalğanın müəyyənləşdirilməsində istifadə edilən avadanlıqlar müasir tələblərə tam cavab verir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyir ki, əvvəlki illərlə müqayisədə hazırda baş verən zəlzələnin parametrlərini daha çevik müəyyən etmək mümkündür.
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi "Açıq qapı" günü keçirib. Tədbirdə ictimaiyyət nümayəndələrinə bu sahədə aparılan tədqiqatların tarixi, keçdiyi yol haqqında geniş məlumat verililib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:/Xezerxeber