SDG-nin keçmiş sözçüsü polkovnik Talal Silodan ŞOK ETİRAFLAR

Baxış sayı:
3853

“Karar” qəzeti, ABŞ-ın dəstəklədiyi PKK-nın onurğasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin (SDG) keçmiş sözçüsü Talal Silos-dan mesahibə götürüb. Talal Silos, müsahibədə şok açıqlamalar edib.
Müsahibəni təqdim edirik:
 
-Bütün dünya Əsəd rejiminə qarşı olmasına baxmayaraq nə üçün rejim devrilmədi və PYD və IŞİD Suriyada özünə yer tapdı?
 
“Amerikalılar və digər dövlətlərlə keçirdiyim görüşlərdə, Suriyadakı rejim dəyişikliyinin İraq və Liviyada baş verənlərə bənzər bir vəziyyət yaradacağını, bu səbəblə rejimin devrilməsininin sağlam bir variant olmadığını söylədilər. İlk başlarda yumşaq keçid üçün bəzi yollar sınandı. Ancaq heç bir sağlam nəticə vermədi.
 
-Bunu bir az aça bilərmisiniz?
 
2012-ci ildə Milli Təhlükəsizlik binasında, müdafiə naziri Davud Raça, daxili işlər naziri İbrahim Əl Şaar, Həsən Türkmani və Əsədin yeznəsi olan müdafiə nazirinin müavini Asıf Şövkət, Əsədsiz keçid prosesi üzərində müzakirə apararkən, İran İnqilab Mühafiəçilərin komandiri Qasım Süleymaninin adamları tərəfindən öldürüldü və rejim tamamilə İranın nəzarətinə keçdi. Bu hadisədən sonra artıq Əsədsiz bir variant tamamilə rəfə qaldırıldı. Həmçinin rejim hərəkət sərbəstliyi qazanmaq üçün YPG-ni Türkiyəyə qarşı, IŞİDİ isə Qərbə qarşı istifadə etdi.
 
-Asıf Şövkət, Əsədin yeznəsi deyilmi, niyə belə bir fəaliyyətin içinə girdi?
 
Bu hakimiyyət hərisliyi ilə əlaqədardır, yeznəsidir, amma hakimiyyət həvəsi ağır basır. Hətta Asıf Şövkət ilə bağlı mühüm bir lətifə danışım. 2008-ci ildə öldürülən Dirək Mugniye, Mossad Kəşfiyyat Xidmətininin tələbi ilə Asıf Şövkətin adamları tərəfindən öldürüldü. Yəni çox şey arxa planda fərqli işləyir.
 
-Bəs, rejim, bu təşkilatları necə istifadə etdi?
 
Rejim 2011-ci ildə, Suriyadakı həbsxanalardan Zehran Alluş, Məhəmməd Colani və IŞİD-ın mühüm komandirlərini azadlığa buraxdı, sonradan bu şəxslər rejim üçün silahlı düşmən olaraq ortaya çıxdı. Qansız başlayan etiraz aksiyaları bu şəkildə iki silahlı gücün qarşıdurması halına gətirildi. YPG-yə isə Əl-Cəzirə bölgəsində silah və maddi-texniki dəstək verərək bir güc olaraq ortaya çıxmasını təmin etdi.
 
Təlimatlar Qəndildən
 
-YPG və PYD-nin təşkilati quruluşu və PKK arasındakı münasibət haqqında nə deyərsiniz?
 
YPG-nin təşkilati iyerarxiyası və PKK ilə əlaqəsi haqqında onu deyə bilərəm. YPG və PYD bütün tapşırıqları Qəndildə Sabri Ox-dan alır. Bu iki qurumun təşkilati sxemi və PKK ilə əlaqəsi isə belədir:
Təşkilatın strukturu bu şəkildə işləyir və bütün təlimatlar Sabri Ox tərəfindən verilir. Burada onu əlavə edim ki, Şahin Cilo təşkilat içində təsirli şəxsdir, amma alt səviyyədə bir şəxs Cilonun tapşırıqlarını yerinə yetirməyə bilir. PKK-nın üst rəhbərliyi ilə bağı olanlar, yerli şəxslərin tapşırıqlarını gözardı edə bilirlər.
 
-İctimaiyyətdə müşahidə etdiyim kimi, YPG-də ən əhəmiyyətli şəxsin Şahin Cilo olduğunu düşünürdüm, ancaq söylədiklərinizin işığında vəziyyətin tam olaraq belə olmadığı görünür.
 
Şahin Cilo, Amerikalılarla olan əlaqələri sayəsində göz önündədir, Amerikalılara rəğbət bəsləyir. Cilo, Amerikaya nə qədər rəğbət bəsləyirsə, Fəhman Hüseyn, Amerikalıları o qədər sevmir. Hətta Amerikalılara qarşı mənfi bir mövqe nümayiş etdirəndə mənə təşəkkür etmişdi.
 
-ABŞ, YPG-ni meydançada bir kart olaraq nə zaman istifadə etməyə başladı?
 
ABŞ, Azad Suriya Ordusu daxilində 30-cu polka təlim verdikdən sonra yaşadığı məğlubiyyətdən dolayı alternative axtarışına girdi. Təlim edilən 30-cu hərbi birliyin ünsürləri sahəyə enəndə dağıldılar. Bir çoxu ayrı-ayrı təşkilatlara qoşuldu. Təlim edilən döyüşçülər ideoloji cəhətdən və başqa amillərin əskik olduğu üçün qalmadılar, dağıldılar. Bu məğlubiyyətdən sonra ABŞ, IŞİD ilə mübarizədə YPG-liləri dəstəkləməyə başladı.
 
-ABŞ-ın YPG-yə dəstəyi yalnız IŞİD-lə mübarizə üçündürmü? YPG-ni rejimə qarşı istifadə etmək niyyəti olmadımı?
 
İlk dəfə açıqlayacağam bu məsələni. ABŞ, SDG-yə silah verərkən bu silahları rejim güclərinə qarşı istifadə etməmələri üçün onlardan imzalı öhdəlik alırdı. Biz bu silahları bu təəhhüdnamələri imzaladıqdan sonra təslim alardıq. Ondan sonra silahların aqibəti haqqında məlumatımız olmazdı.
Polkovnik Silo-nun danışdığı faktlar, YPG-nin bir nömrəli adamının Sabri Ox olduğunu göstərir. PKK-nın tam nəzarətində olan bir təşkilatın Türkiyə ilə yaxın münasibətlər qurması və ya Türkiyənin bu təşkilatı qanuni bir aktyor kimi qəbul etməsi orta perspektivdə mümkün görünmür. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffrrey, YPG-ni terror təşkilatı olaraq görmədiklərini daha detallı bir şəkildə açıqlamalıdır. PKK ilə YPG arasındakı bağı qoparmaq üçün addım atarlarsa, mükafat siyahısına Sabri Oxu da qoymaları lazımdır.”
Hazırladı: Müxalifət.az