​Saratovda toyuq və dana oğurlayan iki azərbaycanlı həbs olundu

Baxış sayı:
10117

 Rusiyanın Saratov vilayətinin Engels şəhərində mal-qara oğurluğunda ittiham olunan iki azərbaycanlı məhkəmə önünə çıxarılıb.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ilin yanvarında 34 və 37 yaşlı şəxslər gecə saatlarında Novaya Ternovka kəndinə gəliblər. Avtomobili kəndin kənarında saxlayıb, yaxınlıqdakı tövlələri gəziblər. Həyətdəki hinlərin birindən beş ədəd toyuq, tövlədən isə inək və dana aparıblar.
Kənddən uzaqlaşıb heyvanları kəssələr də, törətdikləri cinayət əməlini sona çatdıra bilməyiblər. Çox keçməyib ki, polis əməkdaşları onların başının üstünü alıb. Avtomobildə gizlənməyə çalışsalar da, xeyri olmayıb.
Məhkəmənin hökmü ilə onların hər ikisi cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.