Salome Zurabişvili səs verdi: "Seçimim dinc və vahid Gürcüstandır”
28-11-2018 15:41
Baxış sayı:
4630

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səs verib.
Muxalifet.az xəbər verir ki, S.Zurabişvili seçki məntəqəsinə oğlu və qızı ilə gəlib.
O, səsvermədə iştirak edəndən sonra jurnalistlərə ən avropalı namizədə səs verdiyini deyib: “Mənim seçimim sülhlü, vahid, dinc və gülümsəyən Gürcüstandır”./report/