Şahzadəni cangüdənləri qarət etdi: Qumarda udduğu 200 min dollar əlindən alındı

Baxış sayı:
5719

Kiprin Girne şəhərindəki bir oteldə qumar oynayan və 198 min 500 dollar udan Bəhreyn şahzadəsi İsmayıl Hüseyn Əkbər pulunu transfer etməyi tapşırdığı adamları tərəfindən soyulub. Kipr polisi 3 ərəb dələduzdan birini Cənubi Kıprin sərhədində yaxalayıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, şahzadə Girne şəhərində 5 ulduzlu bir oteldə qumar oynayıb. Rulet başda olmaq üzrə bir çox oyun masasında qumar oynayan şahzadə Əkbər gecənin sonunda 198 min 500 dollar qazanıb. Şahzadə onu otelə gətirən 3 adamına da pulun transferi ilə bağlı tapşırıq verib. Əkbər ölkəsinə qayıtdığı halda, pul transferi ilə təlimatlandırdığı adamları Girnedə qalıb. 3 dələduzdan 2-si şahzadəyə pulunu çatdırmaq yerinə əllərindəki nəğd pulla KKTC-dən gediblər. Şahzadə Əkbərin “qarət olundum” müraciəti polisə keçən ay daxil olub. KKTC maliyyə polisi şahzadənin öz adamlarına pulu necə verdiyini və 198 min 500 doların qanuna zidd şəkildə (10 min avro və ona bərabər miqdarda nəğd pulun transferi ilə bağlı icazə alınmalıdır) KKTC xaricinə necə çıxarıldığını araşdırmağa başlayıb. KKTC sərhədləri içində qalan şübhəlilərdən Fadi el Xoru üç gün əvvəl sərhəddən qaçmağa çalışarkən yaxalanıb. Polis şübhəli Fadi Əl Xorunun cib telefonundan digər şübhəlilər İ.M. və İ.Ç. ile mesajlaşma və danışıqlarını da araşdırmağa başlayıb. Girnedə bir gün öncə məhkəməyə çıxarılan Fadi əl Xoru həbs olunub. DƏLƏDUZLAR YAXIN ÇEVRƏSİNDƏNDİR Mövzu üzrə mütəxəssislər bildirir ki, KKTC-də kazino sektorunda Orta Şərq bazarı önəmli yer tutur. Amma hər hansı bir qumarxana kassasından pul onu qazanan şəxs xaricində başqa şəxslərə verilə bilməz. Kazinonun önəmli hissəsi ərəb ölkələrinə bazarlama və təqdim etmə fəaliyyətlərini öz işçiləri vasitəsilə həyata keçirir. Amma sektorda Jankeeteer (digər adı ilə ‘cankıt’ demək olar) adı verilən və gətirdikləri müştərinin itirdiyi miqdar üzərindən faiz alan vasitəçilər də fəaliyyət göstərir. Ərəb müştərilərin kazino seçimlərində yaxın çevrələrinin tövsiyyələri önəmli yer tutur. Son hadisədə Bəhreyn şahzadəsinin etibar etdiyi və pulunu əmanət etdiyi yaxın çevrəsi tərəfindən aldadıldığı qeyd edilir./musavat.com