S-400 təlimi üçün ilk dayanacaq Azərbaycan olacaq

Baxış sayı:
9949

 ABŞ və Türkiyə arasında hər keçən gün daha da yüksələn bir gərginliyə səbəb olan S-400-lərlə bağlı qarşılıqlı bəyanatlar bir yana, Milli Müdafiə Nazirliyi S-400 sistemləri üçün təlim alacaq hərbi heyətin yol xəritəsinin son vəziyyətini hazırlaması üçün intensiv şəkildə işləməyə davam edir. Türk hərbçilərinin birbaşa Rusiyaya getməyəcəyi, qrupun ilk dayanacağının Azərbaycan olacağı iddia edilib. Buna görə Türk nümayəndə heyəti əvvəl Azərbaycana gedərək S-300 PMU2-ni araşdıracaq, sonra yay aylarında Rusiyaya gediləcək və yekun təlim başlayacaq.
Müxalifət.az