Ruslar Venesuelaya ikinci təyyarəni də endirdi

Baxış sayı:
9046

 Rusiyanın 2 təyyarə hərbi ləvazimat və hərbi texnika Venesuelaya göndərməsindən sonra açıqlamaların ardı arxası kəsilmir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ-ın Rusiyaya "Venesueladan çıx" çağırışına cavab olaraq, "Bundan əvvəl ABŞ-ın Suriyadan çəkilməsi lazımdır" deyib. Zaxarova həmçinin, Rusiyanın ikinci partiya humanitar yardımlarının Venesuelaya çatdırıldığını deyib.
 
 İKİNCİ TƏYYARƏ DƏ İNDİ
 
 Rusiyanın Venesuelanın qanuni rəhbərliyinə sosial-iqtisadi böhranın həllində yardımçı olduğunu da dilə gətirən Mariya Zaxarova, "Ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas meyarları və Venesuela hökumətinin tələbləri əsasında Karakasa tibbi materialları ehtiva edən yeni partiya humanitar yardım çatdırılıb" - deyib.
Müxalifət.az