Rusiyadan Türkiyəyə Suriya ilə bağlı xüsusi təklif
27-08-2018 20:51
Baxış sayı:
2650

Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında baş tutan görüşdə Suriyanın şimal-qərbindəki mövcud vəziyyət müzakirə edilib. Muxalifet.az xəbər verir ki, bu barədə “Rusiya qəzeti” məlumat yayıb. Bildirilib ki, Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın da danışıqlara qatılması görüşün xüsusi məzmunda olduğunun göstəricisidir: “Bağlı qapılar arxasında baş tutan görüşdə Rusiya tərəfi Suriyanın şimal-qərbinin statusu ilə bağlı Türkiyə tərəfinə təkliflər təqdim edib. Bundan əlavə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb”.