Rusiyadan ABŞ-a raket cavabı!
26-11-2018 13:37
Baxış sayı:
2857

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov, ölkəsinin Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsini pozacaq hər hansı bir raketə malik olmadığını bildirib.
Sergey Ryabkov tərəfindən edilən açıqlamada, ABŞ-ın Rusiya tərəfindən həyata keçirildiyini önə sürdüyü testin, iddia edildiyi kimi uzun mənzilli olmadığı, ABŞ-ın dəlil göstərmədən Rusiyanı günahlandırmağa üstünlük verdiyi qeyd olunub.
Ryabkov, ABŞ Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinə sadiq qaldığı təqdirdə Rusiyanın da müqaviləyə sadiq qalacağını ifadə edib.
Ryabkov, həmçinin Rusiyanın yüksək səviyyəli bir Ukraynalı diplomatı Kerç boğazında Rusiya və Ukrayna arasında yaşanan gərginlik səbəbiylə çağıracağını deyib.
Müxalifət.az