Rusiyadan ABŞ prezidentinə daha bir cavab

Baxış sayı:
9238

 Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Trampın Rusiya və Venesuela arasındakı münasibətlərə dair verdiyi açıqlamalara cavab verib.
 
Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiya və Venesuela arasındakı əlaqələrə qarşı etdiyi açıqlama haqqında, "Rusiya Venesuelanın daxili işlərinə qarışmır" deyib.
Peskov Trampın Venesuela böhranı üzərindən Rusiyanı hədəf alan sözlərinə də cavab verib.
 Trampın "Rusiyanın Venesueladan çəkilməsi lazımdır" ifadələrini dəyərləndirən Peskov, "Rusiyanın digər ölkələrdə ikitərəfli münasibətləri üçüncü ölkələri narahat etməməlidir" - deyib.
ABŞ prezidentini tənqid edən Peskov, “Biz Venesuelanın daxili işlərinə heç bir şəkildə qarışmırıq və müdaxilə etmirik. Ümid edirik ki, başqa ölkələr də bizim məsələlərimizi təqib edib, Venesuelalıların öz talelərini müəyyən etmələrinə icazə verəcək" deyib.
Müxalifət.az