Rusiyada qubernatorların kütləvi istefası başladı
27-09-2017 17:30

Rusiyanın Krasnoyarsk vilayətinin qubernatoru Viktor Tolokonski istefaya gedib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində vilayət parlamentinin vitse-spikeri Aleksey Kleşko paylaşıb.
Bu, cari həftədə ölkədə 3-cü qubernator istefasıdır.
Qeyd edək ki, bundan öncə Rusiyanın “Kommersant” qəzeti qubernatorların kütləvi istefaya göndəriləcəyi haqqında informasiya yaymışdı.
Keçən il də Rusiyada analoji situasiya yaşanmışdı. Nəticədə 6-dan çox qubernator istefaya getmişdi.