Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü
26-02-2021 18:51
Baxış sayı:
3682
Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində gecə saatlarında kafedə dava düşüb.
Bu barədə Rusiya Federasiyasının vilayət üzrə İstintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, “Bakı” kafesində onlarla insanın iştirakı ilə baş verən atışma nəticəsində 39 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib.
Belə ki, həmin şəxslər aralarındakı münaqişəni həll etmək üçün görüşsələr də razılığa gələ bilməyiblər və onların arasında atışma başlayıb.
Atışmaya bir müddət əvvəl Peterburqun Nevski rayonunda azərbaycanlılar arasında yaşanan münaqişənin səbəb olduğu ehtimal edilir./Virtualaz.org