Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar ARASINDA ATIŞMA – VİDEO

Baxış sayı:
4462

Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub.
Bu barədə "bloknot Volqoqrada” portalı məlumat yayıb. Verilən məlumata görə, hadisə Volqoqrad yaxınlığındakı Frolovo şəhərində qeydə alınıb.
Bildirilir ki, martın 10-da gecə saatlarında erməni və azərbaycanlılara məxsus mağazaya basqın olub. Basqın dağıstanlılar tərəfindən təşkil edilib.
İnsident zamanı dağıstanlılar silaha əl atıblar. Açılan atəş nəticəsində mağazanın sahiblərindən biri ölüb. Bundan başqa, 3 nəfər də ağır yaralanıb. Yaralılardan 3-ü dağıstanlıdır.
Onlardan biri ilk atəş açan və ermənini öldürən şəxsdir. Digər yaralı isə mağaza sahiblərindən digəri, milliyətcə azərbaycanlıdır.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 dağınstanlı saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./baku.ws