Rusiyada 2 bankın lisenziyası ləğv edildi

Baxış sayı:
10318

Rusiya Bankı (Mərkəzi Bank) ölkənin paytaxtı Moskvada fəaliyyət göstərən “Flora” və Volqoqrad şəhərində fəaliyyət göstərən “KOR” banklarının lisenziyalarını geri çağırıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Buna səbəb bankların qanunvericiliyin tələblərini, eləcə də tənzimləyici qurumun normativ aktlarını pozmasıdır.