Rusiya və NATO təyyarələri havaya qalxdı - AVROPADA GƏRGİNLİK
20-09-2019 12:58
Baxış sayı:
10984

Rusiya Hərbi Hava Qüvvələrinin Tu-160 tipli kəşfiyyat təyyarələri Baltik dənizi üzərində uçuşlar həyata keçirib.
Belçika, Danimarka və Polşanın F-16 qırıcıları rus təyyarələrini 7 saat ərzində müşayiət və müşahidə edib.
Daha sonra Finlandiyanın F-18 tipli təyyarələri də Rusiya təyyarələrini izləmək üçün havaya qalxıb. Ardınca İsveçin JAS-39 Gripen təyyarəsi axına qoşulub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, NATO təyyarələri ilə rus qırıcıları arasında hər hansı insident baş verməyib.