Rusiya və İsrail razılaşdı: Yaxın günlərdə...
20-07-2018 19:51
Baxış sayı:
4444

İsrail Müdafiə naziri Aviqdor Libermanla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, nazirlər iki ölkənin hərbi qüvvələrinin Suriyadakı koordinasiyasını, həmçinin Qolan təpələrindəki vəziyyəti müzakirə ediblər.
Tərəflər yaxın günlərdə dialoqun davam etdirilməsi ilə bağlı razılığa da gəliblər.