​Rusiya və İran Xəzərdə kruiz səfərlərinə başlayır

Baxış sayı:
3286

Rusiya və İran Xəzərdə turizm potensialını inkişaf etdirmək üçün qarşılıqlı dəniz səfərlərinə başlamağı planlaşdırır. Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Nəqliyyat və Şəhərsalma naziri Məhəmməd Eslami deyib. “Rusiya Nəqliyyat naziri Ditrih ilə görüşdə birgə dəniz turizm xidmətinin fəaliyyətə başlması ilə bağlı müzakirə apardıq. Bu layihə çərçivəsində Rusiya və İran limanlarının potensialından istifadə edərək, qarşılıqlı şəkildə sərnişin daşıya biləcəyik. Hələlik bu məqsədlə İranda 2 liman hazır vəziyyətə gətirilib”, - deyə Eslami bildirib.