​Rusiya ukraynalı dənizçini həbs etdi - Qərar

Baxış sayı:
6037

Krımın Simferopol şəhərində yerləşən Kiyev regional məhkəməsi Rusiya ərazi sularını pozması ittihamı ilə ukraynalı dənizçi Vladimir Varimezin 2 ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, hakim Mixail Belausovun qərarına görə, dənizçi 25 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.
Qeyd edək ki, Kerç boğazında Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.
Hazırda digər ukraynalı dənizçilərin də məhkəməsinin keçiriləcəyi gözlənilir.