Rusiya ABŞ əvəzinə Çini seçdi
23-08-2018 18:08
Baxış sayı:
1966

Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq bu ölkədən elektron avadanlıq və ikili istifadə olunan ehtiyat hissələri idxalını dayandıracaq.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Təhlükəsizlik və Müdafiə Komitəsi başçısının köməkçisi Aleksey Kondratyev bununla bağlı açıqlama yayıb.
O açıqlamasında qərarın yaxın zamanda qüvvəyə minəcəyini bildirib. A.Kondratyev bu qərarın ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq verildiyini bildirib.
O, boş qalan bazarın Çin məhsulları ilə dolduracağını bəyan edib.
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar avqustun 22-dən qüvvəyə minib.