​Rus professor ABŞ-ın Suriya qərarını şərh etdi

Baxış sayı:
10336

ABŞ Suriyanın şimalında müşahidə məntəqələri yaratmaqla bu ölkədə hərbi təsirini qorumağı hədəfləyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı professor Vladimir Batyuk deyib.
“ABŞ hərbi qüvvələrinin Suriya hökumətinin icazəsi olmadan bu ölkədə mövcudluğu onsuz da beynəlxalq hüquqa ziddir. ABŞ bu ərəb ölkəsində nəyin bahasına olursa-olsun varlığını qorumağa çalışır”, - deyə professor bildirib.
Qeyd edək ki, dünən Pentaqon rəhbəri Türkiyənin narahatlıqlarından dolayı Suriyanın şimalında müşahidə məntəqələrinin yaradılacağını açıqlamışdı.