​Röya Əfqanıstanın ABŞ-dakı ilk qadın səfiri oldu

Baxış sayı:
2887

Tarixdə ilk dəfə bir qadın Əfqanıstanın ABŞ-dakı səfiri vəzifəsinə təyin edilib. 
Bu barədə əfqan telekanalı 1TVNews məlumat yayıb.
"Röya Rəhmani Əfqanıstanın istedadlı diplomatlarından biridir, hansı ki, İndoneziyada müvəffəqiyyətlərə nail olub. Rəhmani ABŞ-da yeni səfir təyin edilib və tezliklə işə başlayacaq", - bunu Əfqanıstan prezidentinin mətbuat katibi Harun Çaxansuri bildirib.