Ronaldonun bərbəri qətlə yetirildi - MEYİTİ TAPILDI

Baxış sayı:
6277

Portuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun əsas bərbəri Rikardo Markes Ferreyra qətlə yetirilib. Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, onun meyiti Sürixdəki oteldə tapılıb. Üzərində bıçaq zərbələri olan meyiti otel təmizləyicisi otağı yığışdırmaq istəyərkən aşkarlayıb. Onun sözlərinə görə, meyit yatağa sərilmiş halda olub. Otaqdan alkoqol iyi gəlirmiş. Qətli kimin törətdiyi bilinmir. Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışı ilə məşğuldur. Qeyd edək ki, son 2 ildə İsveçrədə yaşayan Rikardo Markes Ronaldo ilə yanaşı bir neçə portuqalyalı model və aktrisanın da modeli olub.