“Ərim yeni Bin Laden olmaq üçün məni tərk etdi, yerini başqasına verdi...”- İŞİD-in birinci ledisindən - ŞOK ETİRAFLAR

İŞİD terror şəbəkəsinin sözçüsü Əbu Həsən əl Mühacirin həyat yoldaşı Tania Suriyanı tərk etdikdən sonra maraqlı açıqlamalar verib.
Muxalifet.az teleqraf.com-a istinadla xəbər verir ki, daha çox İŞİD-in birinci ledisi kimi təqdim edilən Tania sosial şəbəkədə 4 körpəsi olduğunu yazıb. O bldirib ki, əri yeni Usama Bin Laden olmaq məqsədilə onu tərk edib.
Qeyd edək ki, 2016-cı ildən İŞİD adından yeni sözçü Əbu Həsən Mühacir təyin olunub. Onun əsl adı Con Georgelasdır. Krit əsilli zəngin bir ailənin uşağı olan, Texasda doğulan və Yunan ortodoks dini dünyagörüşü əsasında tərbiyə edilən Əbu Həsən Mühacirin atası ABŞ ordusunda həkim işləyib.
Xəbərə görə, Con 11 Sentyabr hücumundan sonra radikallaşıb. Bundan sonra müsəlmanlığı qəbul edən Con Georgelas özünə Yəhrə Bahrumi adını seçib. Ərəb dilini dərindən öyrənən Con islam tanışlıq sistemində özünə yeni həyat yoldaşı axtarmağa başlayıb. Bu zaman Londonda doğulan Banqladeş əsilli Tania ilə tanış olub və 2014-cü ildə evlənib. Bu evlilikdən cütlüyün 3 uşağı dünyaya gəlib. Sonradan daha da radikallaşan və İŞİD-ə yaxınlaşan cütlük Suriyaya getmək qərarı verib.
İŞİD-in birinci xanımı kimi təqdim edilən Tania terror şəbəkəsindən xilas olduqdan sonra “Atlantik” jurnalına maraqlı açıqlamalar verib:
“2013-cü ildə suriyalı bir generalın evinə yerləşdik. Nə su, nə də elektrik vardı. Heç xəyal etdiyimiz kimi deyildi. Sonra mən dözmədim. Cona getmək istədiyimi dedim. Ərim məni sərhədə qədər gətirib ötürdü. Özü Suriyada qaldı. Dönən kimi ondan boşandım. Yenidən tanışlıq saytına daxil oldum və “4 uşağım var, ərim yeni Usama Bin Laden olmaq üçün bizi tərk etdi” yazdım. Bundan sonra mənə 1300 cavab gəldi. Cavab yazanlardan biri Qariq adlı kompüter mütəxəssisi idi. Mənə “problem yoxdur” dedi. Hazırda onunla yaşayıram və tez-tez kilsəyə gedirik. Övladlarım hələ həyatdadır. Suriyadan xilas ola bildim”