Ərdoğanın ABŞ səfərinin pərdəarxası: S-400, Suriya və...

Baxış sayı:
535

ABŞ prezidenti Donald Tramp, Türkiyəli həmkarını Ağ Evdə qəbul edərkən, siyasi kapitalını Suriyaya deyil, milyardlar dəyərində olan silah müqavilələrini qorumağa sərf edəcəyi, həmçinin Türkiyənin ABŞ müdafiə sisteminə yenidən qoşulması üçün təziq edəcəyi gözlənilir.
Muxalifet.az 
bu barədə "Asiatimes" nəşrinə istinadla məlumat verir.
İyul ayında Ankara, ABŞ-ın Patriot raketdən müdafiə sisteminin satın almasını "qiymətləndirdiyini"dedikdən sonra, Vaşinqtona gəlişindən bir neçə saat sonra Rusiyanın S-400 hava gücumundan müdafiə sistemindən danışdı.
Vaşinqton aylardır Ankaranı rəqib sisteminin satın almasının Konqres qərarı ilə sanksiyalara səbəb olacağı, F-35 qırıcılarının təchizatını dayandıracağı və təyyarənin istehsal prosesindən əldə edilən qazanca son qoyacağını dedi.
”S-400 radar sistemi ən yüksək səviyyəli beşinci nəsil F-35 qırıcılarımız haqqında gizli məlumatları otaya çıxaracaq”, NATO siyasəti və Avropa müdafiə katibinin köməkçisi Endryu Winternitz deyir. “Bizim mövqeyimizə görə, heç bir tədbir bu barədə narahatlığımızı azalda bilməz”, deyə əlavə etdi.Pentaqon rəsmisi hələ may ayında bildirmişdi ki, Müdafiə Nazirliyi atıq Türkiyədə istehsal olunmuş F-35 hissələrinin istehsalı üçün alternativ satıcıları müəyənləşdirmək üzərində işləyirdi.
Hazırda səkkiz türk şirkəti Amerika hərbi sənayesinin konstruktorları olan Lockheed Martin və Pratt & Whitney'in F-35 hissələri hazırlamaq üçün təchizat zəncirinin bir hissəsi kimi fəaliyyət göstərir.
Məsələn, İzmir mərkəzli Fokker Elmo, naqil və qarşılıqlı əlaqə sisteminin 40% istehsal edir. Əgər Türkiyə F-35 proqramından çıxarsa, bu kompaniyalar kontraktlardan 12 milyard ABŞ dolları miqdarında vəsait itirəcək. Müqayisə üçün deyə bilərik ki, Türkiyə NATO sisteminə uyğun olmadığı vurğulanan S-400 sistemi üçün bunun bir hissəsini - 2,5 milyard dollar ödəmişdir.
Gözlənilir ki, Tramp Patriot sistemi qarşısında S-400 sistemini, Ərdoğanın qarşısına qoyacaq. Görüş ərəfəsində ABŞ liderinin Ankaranın öz ərazisində S-400-ləri aktivləşdirməmək əvəzində Türkiyənin F-35 istehsal proqramına yenidən qəbul edilməsini təklif etdiyi bildirilir.

Türkiyədə istehsal olunan F-35 komponentləri üçün alternativ satıcıları müəyyənləşdirmək üçün artıq işlər görülürdü.
Trampın diqqətinin Türkiyə ilə işgüzar sövdələşmələrin qorunmasına yönəltməsi, Ankaranın Suriyanın şimalını işğal etməsini arxa plana ataraq, bəzi liderlərin diqqətini yayındıracaqdır.
Bu həftə Türkiyənin dəstəklədiyi Suriya müxalifətinə aid qüvvələr Suriyanın şimal-şərqində bir dəhlizin ələ keçirilməsinə və sərhədin hər iki tərəfindəki kürdlər arasında sünni ərəblərdən ibarət demoqrafik bir bufer yaradılmasına yönəlmiş cəhdlləri davam etdirdilər.
Bir neçə həftə əvvəl Ağ Evin qəfildən Suriyanın şimalındakı bazalardan xaotik şəkildə çıxarılan ABŞ qoşunları ölkənin şimal-şərq küncündə və neftlə zəngin Deyr əz -Zor əyalətinə geri döndü.
Lakin onlar əsas mübarizənin getdiyi “teatrdan”, yəni tarixi Assuriya xristian bölgəsi olan Xaburdan uzaqdırlar.
Tramp əvvəllər Amerikanın əsas kürd müttəfiqlərinin qardaş qrupu olan kürd PKK-nın İŞİD-dən daha təhlükəli olduğunu bildirmişdi.
O, Ərdoğanın bu cəbhədə önəmli qələbə qazanmayacağını güman edərək, Türkiyənin kürdlərin çox olduğu bölgələrə etdiyi hücumla bağlı qarışıq münasibət bildirdi.
Onsuz da Trampın S-400 məsələsindəki əsas məqamlardan xəbərdar olduğu görünürdü və bu alış-verişdə sələfi, keçmiş ABŞ prezidenti Barak Obamanı günahlandırdı.
Bu yay Tokyoda G20 görüşündə Ərdoğan, administrasiyasının Türkiyənin S-400 əldə etməsinin problemə çevrilməməsi üçün yollar axtaracağını deyən Trampa rəğbət duyduğunu bildirdi.
Trump, Yaxın Şərq dövlətlərinə mübahisələrə səbəb olmuş silah satışı məsələsində ABŞ Konqresinin qərarına məhəl qoymamışdı.
May ayından etibarən Trump, Yəməndəki müharibə ilə əlaqədar qadağalara rəğmən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə bir sıra silah satışına yaşıl işıq yandırmaq üçün təcili xüsusi səlahiyyətlilərin müşavirəsini keçirmişdi.
Türkiyəyə gəldikdə, ABŞ Maliyyə Nazirliyinin qaydalarına görə, Ağ Ev Rusiya hökumətinin müdafiə sektoru ilə "əhəmiyyətli bir silah ticarəti " edən hər hansı bir dövlətə qarşı mövcud olan 12 sanksiyadan ən azı beşini tətbiq etməlidir.
Təklifə qoyulan sanksiyalara maliyyə əməliyyatları, ticarət və hətta korporativ məmurların səyahətinə məhdudiyyət daxildir.
Türkiyənin iqtisadiyyatı ağır vəziyyətdədirsə, bu, sanksiyalar təhlükəsi və milyardlarla dollar dəyərində müqavilələrin itkisi deməkdir, bu da Trampa danışıqlarda daha üstün vəziyyəti təmin edəcək.
İŞİD-ə qarşı müharibədə Amerikanın əlaltı əsgərləri kimi fəaliyyət göstərən kürd qüvvələr Türkiyə ilə işgüzar tərəfdaş kimi rəqabət edə bilməzlər və ehtimal ki, danışıqlara qarşı çıxacaqlar.
Muxalifet.az