​Ərdoğandan sorğu şirkətlərinə mesaj: Səhv edirlər!

Baxış sayı:
10558

Sorğu şirkətləri bu dəfə çox ciddi səhv etdiklərini anlayacaqlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki təşviqatı ilə bağlı açıqlamasında deyib.
“Meydanın göstəricilərinə baxdıqda bu seçkidə sorğu şirkətlərinin olduqca ciddi səhv etdiklərini müşahidə edəcəyik”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, 31 martda Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək.