​Ərdəbildə məşhur zavod bağlandı: 2 min insan...

Baxış sayı:
2032

Güney Azərbaycanda Ərdəbil Artavil Təkər Zavodu maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə müəssisənin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Güney Azərbaycanın ən böyük təkər istehsalçısı olan müəssisədə çalışan 2 min işçi fabrikin bağlanması nəticəsində iş yerini itirib.
Fəaliyyətini dayandıran müəssisənin bir çox işçinin əməkhaqqını ödəyə bilmədiyi qeyd edilib.