Rasim Balayev bu aktyorlara meymun dedi

Xalq artisti Rasim Balayev hazırda efirdə olan bəzi serial aktyorlarını, sadəcə, meymunçuluq edən adamlar adlandırıb.
 
Xalq artisti modern.az-a müsahibə verərkən, yerli film və seriallar haqqında fikirlərini bölüşərək, həmin ekran əsərlərini səviyyəsiz adlandırıb:
“İndi evdə istirahət edirəm. Yaradıcılıq isə sıfırdır. Çünki mən istədiyim filmlər yoxdur. Ona görə günlər boşuna gedir. Filmlərə, seriallara dəvət olsa da, hamısı səviyyəsizdir. İndiki filmləri arabir izləyirəm. Filmlərimizdə mən istədiyim səviyyə yoxdur. Tamaşaçının doğurdan sevdiyi filmlər çəkilmir. İki dənə meymunçuluq edən adam var. O da səviyyəsiz tamaşaçılara hesablanıb. Guya bunlar adamları güldürürlər. Amma özlərini gülünc vəziyyətə salırlar. Adamın yazığı gəlir ki, insan da insanı güldürmək üçün özünü belə rəzil vəziyyətə salarmı?!. Həmin adamlara aktyor demirəm və onlara yazığım gəlir”.