Qurbanlarının başlarını və cinsiyyət orqanlarını kəsən qəddar qadınlar – Dahomey Amazonları

Baxış sayı:
3293

Modern savaş tarixində qadınlardan ibarət olan orduların özünəməxsus yeri var. Sahara çölünə aid olan bu qadın “terminator”lar Avropa kolonistlərinin qorxulu röyasına çevrilmişdilər. Musavat.com listelist.com-a istinadən xəbər verir ki, xarici araşdırmaçılar onları “Dahomey Amazons” adlandırsalar da, onlar özlərini “N’Nonminton” adlandırırdılar. “Analarımız” anlamına gələn bu ordunun qadınları ən qanlı döyüş bölgələrində padşahlarını qorumaq üçün səlahiyyət daşıyırdılar. Onlar indiki Benin Respublikasında Dahomey krallığında elit döyüş qüvvəsi sayılırdılar. Toxunulmaz olaraq qəbul edilən və bakirə qalacaqlarına söz verən bu qadınların qurduqları orduya isə “Qara Sparta” adı verilib. Dahomey Amazonları mifik qəhrəmanlar deyil, lakin... Dahomeyin sağ qalan son Amazonu 1979-cu ildə ölüb. O, öldüyü zaman 100 yaşında olub. Adı Navi olan bu qadın Benin Respublikasının ucqar qəsəbələrinin birində yaşayıb. Araşdırmalar zamanı onun qaldığı yer də müəyyən edilib. Dahomey ordusunun təqribən üçdə birini əhatə edən bu 6 min nəfərlik qadın ordusu Avropa mənbələrinə görə, kişi əsgərlərə nəzərən daha yararlı və daha cəsarətliydilər. Son Dahomey savaşçılarının çoxu ABŞ-a köç edib və Buffalo Billin ”Vəhşi Qərb” şousunda nümayişlər göstərmək üçün işə qəbul ediliblər. Onların tarixi 17-ci əsrdən başlayır Fərziyyələrə görə, ərləri digər qəbilələrlə döyüşərkən bir qrup fil ovçusu qadın göstərdikləri şücaət sayəsində Dahomey kralının diqqətini çəkir. Başqa bir fərziyəyə görə isə hava qaraldıqdan sonra kralla birlikdə qalmasına icazə verilən yalnızca qadınlar olduğundan, bu qadınlar təbii olaraq onun cangüdənliyini edirdilər. Ən güclü, sağlam və cəsarətli qadınlardan ibarət olan bu ordu Afrikada ən qorxulan ordulardan biri idi. 8 yaşına çatmamış orduya qatılan uşaqlar 19-cu əsrin əvvəllərində köhnə Hollandiya tüfəngləri və mişarlarla silahlanmış Adomey Amazonları getdikcə krallarına daha çox sadiq hala gəlirdilər. Hətta 8 yaşına çatmamış qız uşaqları belə, orduya cəlb edilirdilər. Onlar da böyüklər kimi silahlarla təchiz edilir, təlimlərdən keçirdilər. Bu qadınlardan bəziləri könüllü olaraq orduya yazılsalar da, bir çoxu ərləri tərəfindən orduya göndərilirdilər. Güclü, sürətli, qəddar və əzablara dözən qadınlar Bu qadınların təlimləri də olduqca çətin və ağrılıqlı idi. Bir növ gimnastikaya bənzəyən hərəkətlər arasında tikanlı akasya budaqları ilə divarların üzərindən tullanmaq da vardı. “Aclıq oyunları” adını verdikləri 10 günlük uzun kəşf gəzintiləri etmək, heç bir ərzaqları olmadan əllərində yalnızca mişarla meşəyə getmək də təlimlərdən biri idi. Bu vəhşi qadınlar zaman keçdikcə savaşmaq mövsuzunda daha da ixtisaslaşır və gündən-günə daha da qəddarlaşırdılar. Onlar özlərini sübut etmək üçün kişilərdən iki dəfə daha çox çalışır, daha ağır işlərin öhdəsindən gəlirdilər. Kralları tərəfindən geri çəkilmələri əmr edilmədiyi təqdirdə, ən son nəfərləri qalana kimi döyüşürdülər. Döyüşçü qadınlar məğlub edilməyi heç zaman qəbul etməzdilər. Evlənmələri və uşaq sahibi olmaları qadağan idi “N’Nonminton”lar əsgərlikdə olan zaman onların evlənmələrinə və uşaq sahibi olmalarına icazə verilmirdi. Elit savaşçılar olaraq yarı-müqəddəs statuslarına sadiq qaldıqlarını göstərmək üçün saflıq andı içərək, kral ilə evlənirdilər. Hətta kral belə, onların subaylıq andını pozmağa cürət edə bilmirdi. Hələ-hələ kral deyilsəniz, bu qadınlara toxunmaq belə, “ölümə qol çəkmək” demək idi. Qurbanlarının başlarını və cinsiyyət orqanlarını kəsirdilər 1880-ci illərdə Jean Bayol adlı bir fransız zabiti, təxminən on altı yaşında olan Nanisca adlı, hələ heç kimi öldürməyən bir Amazon qızının təlim zamanı etdiklərinin şahidi olduğunu deyib. “Böyük səbətin içində əl və ayaqları bağlı şəkildə oturan gənc bir məhkum gətirildi. Əlində mişar olan 16 yaşlı Nanisca həmin məhkumun başını gövdəsindən ayırdı və mişarda olan qanı əli ilə silərək, yalamağa başladı” , – deyə fransız qeyd edir. Bildirilir ki, həmin zamanlarda döyüşçülərin rəqiblərinin başlarını və cinsiyyət orqanlarını kəsərək, yanlarında götürmələri adətlərdən biri idi. Toğrul İsmayıl